İngiltərə tarixində ilk: Hicablı müsəlman xanım şəhər başçısı oldu
Mьəllif: admin1
Tarix: 29-05-2019, 22:45
Bцlmə: Xəbərlər
İngiltərə tarixində ilk: Hicablı müsəlman xanım şəhər başçısı oldu
İslamazeri.com-un “Islington Media”-ya istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyada hicablı müsəlman xanım ilk dəfə olaraq mer vəzifəsinə seçilib.

Əslən Somalidən olan Rakhiyə İsmayıl, şəhər şurasının iclasının nəticələrinə əsasən, İslington şəhərinin meri postuna təsdiq edilib.

Müsəlman xanım 1980-ci illərdə qaçqın statusu ilə Böyük Britaniyaya köçüb və zamanla bu ölkənin pasportunu alıb. O, 2012-ci ildə İslinqton şəhər şurasının üzvü seçilib, ötən il isə vitse-mer təyin edilib.

Rakhiyə İsmayıl dövlət vəzifəsi ilə yanaşı, xeyriyyə ilə də məşğul olur.

“Mənim evim olan İslinqton şəhərinin meri olmaq şərəfdir”, - deyə müsəlman xanım öz yeni vəzifəsinə təyin edildikdən sonra bildirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031