İslam düşməni siyasətçi məscidə gələrək müsəlmanlardan üzr istədi - SƏBƏB
İslamazeri.com-un “Tennessean”-a istinadən verdiyi xəbərə əsasən, mer postuna namizəd və universitetin keçmiş professoru Keroll Sveyn ABŞ-ın Tennessi ştatındakı məscidi ziyarət edib.
O, bu addımı, islamofob məqaləsindən sonra müsəlmanların gözündə öz adını bərpa etmək məqsədi ilə atıb. Sveyn bu il Neşvil şəhərinin meri postu uğrunda mübarizə aparacaq və o, 1 Avqusta təyin edilmiş seçkilərdən öncə müsəlman icması ilə bir neçə il öncə pozduğu münasibətlərini yoluna qoymaq qərərına gəlib. Xatırladaq ki, Sveyn 2015-ci ildə yerli qəzetdə anti-müsəlman məzmunlu məqalə yazaraq müsəlmanların böyük narazılığına səbəb olub. Sveyn sosial şəbəkədə yazıb ki, üzr istəmək və müsəlmanların etimadını qazanmaq məqsədi ilə Neşvildəki məscidi ziyarət edib. “Mən, (həmin) məqalədə bütün taqsırın müsəlmanların üzərinə atılmasına görə öz peşmanlığımı bildirdim”, - deyə o bildirib. Onun sözlərinə görə, məsciddə bir neçə saat olub və bu zaman ərzində ona qarşı “ədəb və ehtramla yanaşıblar”. Oxşar xəbərlər
|