Ayətullah Xamenei: Amerikalılarla danışıq olmayacaq!
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İranın Ali lideri Ayətullah Xamenei bəyan edib ki, rəsmi Tehran ABŞ-la danışıqlar aparmayacaq.
“Biz amerikalılarla danışıqlar aparmayacayıq. Çünki danışıqlarda məna yoxdur, bu, hətta ziyanlıdır”, - deyə o qeyd edib. O bildirib ki, İran digər ölkələrlə, Avropa da daxil olmaqla, danışıqlara qarşı deyil. İranın narahatlığının yeganə səbəbi onların mövzusudur. “Biz inqilabın əsas məsələlərini müzakirə etməyəcəyik... Biz hərbi potensialımız barədə danışıqlar aparmayacağıq”, - deyə Ayətullah Xamenei vurğulayıb. Oxşar xəbərlər
|