Qumarxanada oturmuş vəhabi alim: Peyğəmbərin zamanında kişi və qadınlar bir yerdə ibadət edirdilər
İslamazeri.com-un “Free Malaysia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə ərəbistanlı məşhur alim Şeyx Adil əl-Kəlbani mühafizəkar krallığın ən ciddi tabularından birini pozub.
O, dövlət televiziyasındakı çıxışı zamanı bildirib ki, İslam Peyğəmbərinin (s) zamanında kişilər və qadınlar bir yerdə ibadət edərdilər, məscidlərdə cinsiyyətə görə ayırma isə çox-çox sonra yaranıb. “Hazırda biz, təəssüf ki, o dərəcədə paranoik olmuşuq ki, məsciddə, ibadət məkanında qadınlar sanki bir qaladadırlar. Onlar kişilərdən tamamilə təcrid ediliblər, kişiləri nə görürlər, nə də eşidirlər. Qadınlar kişiləri yalnız mikrofonlar və səsucaldanlar vasitəsi ilə eşidirlər. Biz qadınları kənar edə bilmərik”, - deyə o qeyd edib. Onun bu bəyanatı böyük səs-küyə səbəb olub. Qeyd edək ki, adıçəkilən alim əvvəllər Məscidül-Haramın imamı olub. Xatırladaq ki, o, bir müddət öncə Səudiyyə Ərəbistanındakı qumarxananın açılışında iştirak etmişdi. Oxşar xəbərlər
|