Tramp terrorçuların müdafiəsinə qalxdı: "Bəsdir İdlibi bombaladınız, dayanın!"
ABŞ Prezidenti Donald Tramp İdlibdə cəmləşən terrorçuların müdafiəsinə qalxıb. Tramp özünün "Tvitter" səhifəsində etdiyi çağırışda bildirib ki, Rusiya, Suriya və İran İdlibi bombalamağı dayandırsın:
"Eşitmişəm ki, Rusiya, Suriya və az dərəcədə İran Suriyada İdlibi durmadan bombalayırlar və dinc sakinlər kütləvi şəkildə həlak olur. Dünya bu qırğını izləyir. Məqsədiniz nədir? Bu, sizə nə verəcək? Dayanın!" Qeyd edək ki, rəsmi Moskva Suriyanın İdlib şəhərində yerləşən terrorçulara qarşı əməliyyatların davam edəcəyini açıqlayıb. /www.eastnews.org/ Oxşar xəbərlər
|