Həsən Ruhani ABŞ-la müzakirələr barədə son nöqtəni qoydu
Mьəllif: admin1
Tarix: 3-06-2019, 19:11
Bцlmə: Xəbərlər
Həsən Ruhani ABŞ-la müzakirələr barədə son nöqtəni qoydu
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın ABŞ-ın Tehrandan nüvə silahının olmasının qarşısını almaq cəhdləri ilə bağlı bəyanatına münasibət bildirib. Bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, Həsən Ruhani bildirib ki, əgər ABŞ normal şərtlərə müracət edərsə, İran İslam Respublikası hər hansı bir məsələni həll etmək üçün müzakirə masasına otura bilər.


"Danışıqlar masasını tərk edən və razılığa gəlmək istəyən tərəf normal şərtlərə geri qayıtmalıdır. İran xalqının nümayəndəsi olaraq bəyan edirəm ki, düşmən keçmişdə etdiyi səhvlərdən peşman olmasa, bizim müqavimət göstərməkdən başqa bir yolumuz qalmayacaq.

Onlar bəzən İranla danışıqlar üçün şərtlər olduğunu söyləyirlər, lakin son həftələrdə heç bir şərtlərinin olmadığını dedilər. Onlar bir vaxtlar bizdən hərbi cəhətdən güclü olanda təhdid edirdilər.

Bu gün İranla müharibə etməyəcəyini, ancaq atom bombasının bizdə olmamasını istəyirlər. Əlbəttə ki, bu sözlər əsassızdır",
- deyə Həsən Ruhani bildirib.
/www.eastnews.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031