Roma Papası: Həzrəti İsanın sözləri təhrif edilib
İslamazeri.com-un “The Daily Mail”-ə istinadən verdiyi xəbərə əsasən, xristianların əsas duası olan “Atamız” duasının ingilis dilindəki mətni Roma Papasının tapşırığı ilə redaktə edilib.
Papanın fikrincə, yeni redaktə daha dəqiqdir. Artıq “bizi azdırma” sətri “bizi azğınlığa düçar olmağa qoyma” kimi səslənəcək (“do not let us fall into temptation”). Beləliklə, Roma Papası aydınlıq gətirib ki, Tanrı insanı azdırmır, ona xilas olmağa kömək olur. Daha öncə duanın fransızca mətni də oxşar şəkildə redaktə edilmişdi. Papanın qərarına səbəb din alimlərinin gəldiyi nəticə olub: “Məsihin dilindən (aramey dilindən) yunan dilinə tərcümə zamanı təhrifə yol verilib ki, bu da nəticədə digər dillərdəki tərcümələrə də təsir edib. Oxşar xəbərlər
|