Yaponiya baş nazirinin İrana səfəri başladı
Bu gün Yaponiya baş naziri Şindzo Abenin İrana rəsmi səfəri başlayıb. Yaponiya baş naziri İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei və Prezident Həsən Ruhani ilə görüşəcək.
“Yaxın Şərqdəki gərginlik narahatlıq yaradır. Beynəlxalq ictimaiyyətin məsələyə diqqətini nəzərə alaraq, öz gücüm daxilində həmin regionda sülhün və sabitliyin bərpasında rol oynamağa çalışacağam. Yaponiya ilə İran arasında ənənəvi dostluq münasibətlərinə arxalanaraq, ölkəmizlə Prezident Həsən Ruhani və Ali rəhbər Ayətullah Əli Xameneilə gərginliyin azaldılması üçün açıq fikir mübadiləsi aparmaq niyyətindəyəm”, - deyə Ş.Abe uçuş ərəfəsində NHK telekanalına bildirib. Mənbə:www.eastnews.org Oxşar xəbərlər
|