Müsəlman xanımdan növbəti dünya rekordu
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, 35-yaşlı iranlı qadın Elham Sadat Əsğəri olduqca qeyri-adi rekordla Ginnesin Kitabına düşüb. Belə ki, o, əli bağlı halda 5500 metr üzüb.
İran KİV-ləri yazır ki, müsəlman xanım artıq 2-ci dəfədir ki, öz adını rekordlar kitabına həkk edir. O, 2017-ci ildə 4200 metr əlləri bağlı şəkildə üzərək oxşar rekorda imza atmışdı. Müsəlman xanımın yeni rekordu BƏƏ-də qeydə alınıb, Ginnes şəhadətnaməsinin təqdimatı isə Tehranda baş tutub. Oxşar xəbərlər
|