Vəhabi şahzadə Məsihin (ə) tablosunu 450 milyon dollara aldı
İslamazeri.com-un “Bloomberg”-ə istinadən verdiyi xəbərə əsasən, Leonardo da Vinçinin “Dünyanın xilaskarı” adlı rəsm əsəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın gəmisindədir.
Xatırladaq ki, digər adı “Salvator Mundi`s” olan tablo 2017-ci ildə hərracda 450 milyon dollara satılıb. Əsər satıldıqdan sonra onun harada olması barədə mübahisələr yarandı. Tənqidçilər deyirlər ki, dəniz - bahalı tabloların saxlanılması üçün yaxşı yer deyil, çünki tablolar burada zədələnə bilər. Bildirilir ki, həmin əsər əl-Ula şəhərində böyük mədəniyyət mərkəzi tikilib təhvil verilənədək şahzadənin yaxtasında saxlanılacaq. Oxşar xəbərlər
|