Əbülfəz Bünyadovun məhkəməsi keçirildi
Mьəllif: admin1
Tarix: 13-06-2019, 10:49
Bцlmə: Xəbərlər
Əbülfəz Bünyadovun məhkəməsi keçirildi
Ali Məhkəmə də 2015-ci il noyabrın 26-da Nardarandakı polis əməliyyatında güllələnib hərəkət qabiliyyətini itirmiş siyasi məhbus Əbülfəz Bünyadovu həbsdən buraxmaqdan imtina etdi.

Maide.Az "APA"a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, Elxan İsgəndərov və Əbülfəzl Bünyatovun kassasiya şikayəti təmin edilməyib.

Ə.Bünyadovun 15, E.İsgəndərovun isə 14 il azadlıqdan məhrum edilməsi barədə hökm və qərarlar qüvvədə saxlanılıb.

Ali Məhkəmədə vəkillər çıxışlarında hər iki şəxsin günahsız, ittihamların isə əsassız olduğunu bildirməklə yanaşı, Ə.Bünyadovun durumuna diqqət çəkiblər. Bildiriblər ki, onun vəziyyəti kritikdir.

«Bu adamın bədəninin 80 faizi işləmir. Mən hər dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gedib onunla görüşəndən sonra azı bir həftə özümə gələ bilmirəm. Xahiş edirəm, qərar verəndə bu nüansı yaddan çıxarmayasız», – vəkil Bəhruz Bayramov belə deyib.

Vəkillər AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət edəcəklər.

Qeyd edək ki, işə baxılması ərəfəsində bir qrup hüquq müdafiəçisi, fəal və ziyalıların nümayəndəsi ölkə rəhbərliyinə müraciət edərək Ə.Bünyadovun vəziyyətinin ağır olması - əl-ayaq iflici, hepatit C, bağırsaq infeksiyası ilə əlaqədar azadlığa buraxılmasına yardımçı olmağı xahiş edib.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadovun aldığı güllə yarası onurğasını zədələyib. Yataq xəstəsi olmasına baxmayaraq, onu bir neçə ay həbsdə saxlayıblar

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin məhkəmə onu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, terrorizm və s. ittihamlarla 15 il azadlıqdan məhrum edib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031