Putin: “ABŞ ilə əlaqələrimiz getdikcə pisləşir”
Mьəllif: admin1
Tarix: 13-06-2019, 22:18
Bцlmə: Xəbərlər
Putin: “ABŞ ilə əlaqələrimiz getdikcə pisləşir”
Rusiyanın prezidenti Vladimir Putin Rusiya ilə ABŞ arasında münasibətlərin getdikcə daha da pis vəziyyətə düşdüyünü, ancaq Osakadakı G20 sammiti çərçivəsində qlobal iqtisadiyyat məsələsində qurucu həllər tapmasına ümid etdiklərini söyləyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, MİR televiziyasına açıqlama verən Putin, Rusiya ilə Çin arasındakı əlaqələrin görülməmiş səviyyəyə çatdığını qeyd edib:

“Sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm töhfələr təqdim edirik. Təkcə ölkələrimizin olduğu bölgədə yox, ümumi olaraq dünyada BMT TŞ üzvləri olaraq hərəkətlərimizi koordinasiya edirik. Ancaq bunu təəssüflər olsun ki, ABŞ ilə əlaqələrimiz haqqında söyləyə bilmərəm.

Münasibətlərimiz gərginləşir, getdikcə daha da pisləşir. Son illərdə mövcud Vaşinqton adminstrasiyası Rusiyaya qarşı sanksiyalarla əlaqədar onlarla qərar verdi”.

Çin ilə ABŞ arasındakı ticarət müharibəsinə toxunan Putin, son illərdə ağırlaşan beynəlxalq iqtisadi əlaqələrin strukturunu pozmağa yönəlmiş istənilən addımın iqtisadiyyatın bütün tərəflərinə zərər verdiyini söyləyib:

“Bu səbəblə əvvəl-axır məntiqin qalib olacağına çox ümidimiz var. Bütün tərəfdaşlarımızla, buna ABŞ da daxildir, qarşıdakı G20 sammiti çərçivəsində iqtisadiyyat sahəsində əməkdaşlıq üçün konstruktiv olacaq və lazımlı stabil şərtlər yaradacaq həllərin tapılmasına ümid edirik”.

Putin Rusiyanın Çin ilə ABŞ arasındakı ticarət müharibəsinə daxil olmasının bir məna kəsb etmədiyini, ancaq daha çox Çinə tərəf rəğbətlərinin olduğunu bildirib:

“Dünyanın ən böyük iqtisadiyyatları arasında bir mübahisə davam edir və bu iki dövlət arasında çox spesifik məsələ, əlaqə var. Məntiqi baxımından bu prosesə müdaxilə etmək üçün bir səbəbimiz yoxdur”, - deyə Putin bildirib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031