Kraystçerçdə 51 müsəlmanı öldürən qatil özünü günahkar hesab etmir
Yeni Zelandiya məscidlərində terror törətməkdə ittiham olunan avstraliyalı Brenton Tarrant öz günahını boynuna almadı.
İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, Oklend həbsxanasına yerləşdirilən Tarrant videobağlantı vasitəsilə Kraystçerç məhkəməsi qarşısına çıxıb. Vəkilləri onun özünü günahkar bilməməsi bəyanatıyla çıxış edib. Məhkəmədə terror nəticəsində zərər çəkənlərin qohumları da iştirak edib. Hakim Kemeron Mander səlahiyyətli mütəxəssislərin hesabatlarına istinadən belə qənaətə gəlib ki, Tarrantın psixi sağlamlığı ona məhkəmə qarşısına çıxmağa icazə verir. Prokuror Tarrantı terror törətməkdə, 51 nəfəri qətlə yetirib, daha 40 nəfəri öldürmək çəhdində təqsirkar bilməyi tələb edib. Məhkəmə 4 iyul 2020-ci il tarixində keçiriləcək növbəti məhkəmə iclasına qədər Tarrantı polis nəzarəti altında saxlayacaq. Xatırladaq ki, 15 mart tarixində Yeni Zelandiyanın Kraystçerç şəhərinin "Nur" və "Linvud" məscidlərinə silahlı hücum həyata keçirilib. Hadisə nəticəsində 51 nəfər ölüb, azı 49 nəfər yaralanıb. Oxşar xəbərlər
|