İran ABŞ-ın tankerlərinə hücum iddiasına cavab verdi
Mьəllif: admin1
Tarix: 17-06-2019, 09:16
Bцlmə: Xəbərlər
İran ABŞ-ın tankerlərinə hücum iddiasına cavab verdi
İslamazeri.com "Mehr" agentliyinə istinadən xəbər verir ki, İran İslami Şurasının sədri Əli Laricani Oman dənizində iki neft tankerinə müəmmalı hücumu, İrana qarşı sanksiyaların davamı kimi dəyərləndirib.

İran Parlamentinin açıq iclasında çıxış edən Laricani məsələ ilə bağlı "İqtisadi sanskiyalardan bir nəticə əldə etmədikdən sonra, bu şübhəli addımları atmaqla sanksiyaları tamamlamaq istədilər. Tarixi faktlara görə, İkinci Dünya müharibəsi zamanı ABŞ düşmənliklərinə haqq qazandırmaq məqsədilə Yaponiya sahillərində gəmilərə özləri hücum etmişdilər.", -deyə bildirib.

Çıxışının davamında Parlament sədri deyib: "Məsələnin gülməli tərəfi budur ki, ABŞ XİN başçıxı Mayk Pompeo İrana siyasi və diplomatik cəhdlərlə cavab verilməsini tövsiyə etməsidir. Mayk Pompeodan bu sözləri eşitmək həqiqətən gülməlidir."

Laricani İrana qarşı ABŞ-ın iqtisadi sanksiyalarıyla bağlı "Görəsən nüvə danışıqlarının ləğvi və İrana qarşı iqtisadi müharibə diplomatik bir addımdırmı?", -deyə sözlərinin davamında deyib.

Laricani həmçinin Venesuela prezidentinə qarşı addımların, ABŞ-ın Yəmən xalqına qarşı mövqeyi və yenə ABŞ-ın Fələstin xalqına qarşı İsrailin mövqeyini dəstəkləməsinin diplomatik və siyasi addımlarla heç bir əlaqəsinin olmadığını bildirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031