ABŞ rəsmiləri təsdiqlədi: İran ABŞ-ın PUA-sını vurub, qiyməti 120 milyon dollardır
Mьəllif: admin1
Tarix: 20-06-2019, 16:52
Bцlmə: Xəbərlər
ABŞ rəsmiləri təsdiqlədi: İran ABŞ-ın PUA-sını vurub, qiyməti 120 milyon dollardır
Bu gün səhər saatlarında Amerikanın "Global Hawk" tipli casusluq pilotsuzu İranın cənubunda yerləşən Hormozqan vilayətinin sahillərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Hava-Kosmos qüvvələrinin zenit raket sistemi ilə vurulub.

İslamazeri.com xəbər verir ki, ABŞ-ın Yaxın Şərqə cavabdeh Silahlı Qüvvələri - Centcom rəsmisi bu xəbərə münasibət bildirməsədə, FOX NEWS-un Pentaqondakı müxbiri Lukas Tomplinson ABŞ rəsmilərinə istinadən bu məlumatı təsdiq edib.

O bu haqda tvitter səhifəsində yazıb. Jurnalist rəsmilərə istinadla pilotsuzun beynəlxalq hava fəzasında vurduğunu qeyd edib.

Tomplinsonun mənbəsinə görə, vurulan PUA MQ-4C Triton kəşfiyyat pilotsuzu olub. Bu PUA RQ-4-in strateji (modern) versiyası olub və ABŞ-in Hərbi Dəniz Flotuna məxsus olub. Məlumata görə, bu pilotsuzun qiyməti 120 milyon dollardır.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031