Kaxa Kaladze: "Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edəcək, belə bir vəziyyətdə konfrans davam edə bilməz"
Mьəllif: admin1
Tarix: 20-06-2019, 22:18
Bцlmə: Xəbərlər
Kaxa Kaladze: "Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edəcək, belə bir vəziyyətdə konfrans davam edə bilməz"
“Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edəcək, əlbəttə ki, konfrans bu formada davam edə bilməz və olmayacaq”.

24News.ge məlumat verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının baş katibi Kaxa Kaladze komanda üzvləri ilə birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan Parlamentində bu gün baş verən hadisəni çirkin bir fakt olaraq dəyərləndiririk: "Bu günkü forumda Rusiya nümayəndəsinin davranışının səhv olduğunu və qəbul edilə bilməz bir hərəkat olaraq qiymətləndiririk".

“Gürcüstan azad insanların bir ölkəsidi və uzun bir tarixi mövcuddur. 17 əsr biz pravoslav dünyasının layiqli üzvləri olmuşuq və aydındır ki, ölkəmizin maraqlarını müdafiə etmək üçün ölkəmizin işğalının bütün platformalarını istifadə edirik. Gürcüstan hər gün işğala qarşı mübarizə aparır. Biz hər gün və hər dəqiqədə ölkəmizin işğalı ilə döyüşmək məcburiyyətindəyik. Biz rasionallaşma, təhsil, biznes, iqtisadi inkişaf və birlik ilə mübarizə aparmalıyıq”, Deyə vurğulayıb Kaxa Kaladze.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031