İrandan ABŞ-a mesaj: Bir daha olmasın!
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi bəyan edib ki, ABŞ-a məxsus PUA ilə bağlı vəziyyətin təkrarlanmayacağına ümid edir.
“Ümid edirik ki, düşmənlərimiz səhvlərini təkrarlamayacaqlar”, - deyə o qeyd edib. O həmçinin bildirib ki, İran regionda vəziyyətin gərginləşdirilməsinə can atmır, lakin, öz ərazisini qorumağa davam edəcək. Xatırladaq ki, İran hava məkanını pozan ABŞ PUA-sı İran ordusu tərəfindən vurulub. Oxşar xəbərlər
|