Kanadada hicab qadağası GÜNDƏMDƏDİR
İslamazeri.com-un BBC-yə istinadən verdiyi xəbərə əsasən, Kanadanın Kvebek ştatında hakimiyyət nümayəndələrinə iş yerində dini simvolikadan istifadəni qadağan edən qanun qəbul edilib.
“Hakimiyyət nümayəndələri” tərifinə hakimlər, polislər, müəllimlər və digər ictimai şəxslər daxildir. Artıq yuxarıda sadalanan şəxslərə iş yerinə kipa (yəhudilər taxdığı araqçına bənzər əşya), türban (sikxlərin başlarına taxdığı əmmaməyə bənzər əşya) və ya hicabla gəlmək qadağan edilir. Maraqlıdır ki, sözügedən qanun qəbul edilməmişdən öncə işə başlamış şəxslər həmin qadağadan azaddırlar. Oxşar xəbərlər
|