Parlament Sədri İrakli Kobaxidze istefa verdi
Ölkədə baş verən siyasi böhranla bağlı parlament sədrinin istefa verəcəyi məsələsi artıq özünü doğruldub.
24News.ge xəbər verir ki, bir neçə dəqiqə öncə siyasi şuranın brifinqi keçirilib. Keçirilən brifinqdə siyasi şuranın liderlərindən olan Kaxa Kaladze çıxış edərək ölkədə yaranan etirazlara münasibət bildirib: "Gürcü Arzusu partiyası demokratik bir partiyadır və xalqın hər bir fikirinə hörmətlə yanaşır. Etirazları nəzərə alaraq parlament sədri İrakli Kobaxidze istefa vermək qərarına gəlib bu qərarı isə biz müsbət qarşılayırıq" -deyə Kaladze bildirib. Millət vəkili Mamuka Midzinaradze isə jurnalistlərə müsahinəsində İ.Kobaxidzenin yerinə Arçil Talakvadzenin təyin olunacağı gözlənildiyini bildirilib. Xatırladaq ki, İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub. Oxşar xəbərlər
|