Məşhur vəhabi alimdən "tövbə": Şahzadənin dediyi İslam daha yaxşıdır! - VİDEO
İslamzeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının məşhur xatib və alimi televiziyadakı çıxışı zamanı Quran və Sünnəni olduqca sərt təfsir etdiyi üçün üzr istəyib və söz verib ki, mülayim baxışlı biri olacaq.
Şeyx Aid əl-Qərni öz dini baxışlarının təkamülü barədə danışıb və qeyd edib ki, gənclik illərində İslam dininə tamamilə fərqli baxışa sahib idi. İndi isə, onun sözlərinə görə, dini məsələlərdə Səudiyyə Ərəbistanının gələcək kralının mütərəqqi baxışları ilə həmrəydir. “Mən bu gün mülayim, dünyaya açıq olan, vəliəhd şahzadə Məhəmməd bin Salmanın tərəfdarı olduğu İslamı dəstəkləyirəm”, - deyə o bildirib. “Biz bütün dünyanı bizim dinin bəşəriyyət üçün rəhmət və əminlik (dini) kimi nazil edildiyini gəlib görməyə dəvət edirik”, - deyə o əlavə edib. Oxşar xəbərlər
|