Putinin Tbilisi ilə bağlı qərarının səbəbi bəlli oldu
Gürcüstana sərnişin təyyarələrinin uçuşunun müvəqqəti dayandırılması bu ölkədə yaranmış vəziyyətlə bağlıdır və bu addım Rusiya vətəndaşlarının təhlükəsizliyi üçündür.
24News.ge xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Gürcüstanla bağlı imzaladığı fərmanı şərh edən Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev bildirib. "Prezidentin qərarlarını dəstəkləyirəm. Hakimiyyətin nəzarəti altından çıxan gürcü radikallar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyinə real təhlükə yaradır. Gürcüstan hakimiyyətinin vəzifəsi Rusiya ilə qarşılıqlı təhlükəsizliyin təmin edilməsi üçün qəti tədbirlər görməkdir", - deyə Kosaçev qeyd edib. Oxşar xəbərlər
|