Trampdan İrana "hiyləgər" təklif: Gəl dost olaq!
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp İranın "ən yaxşı dostu" olmaq niyyətində olduğunu dilə gətirib.
O qeyd edib ki, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək. Tramp əlavə edib ki, əgər Tehran onun şərtlərini qəbul edərsən, İran varlı dövlət ola bilər. "İranı yenidən qüdrətli edək!", - deyə o bildirib. Xatırladaq ki, Tramp daha öncə bəyan etmişdi ki, İrana qarşı yeni sanksiyalar hazırlayır. Oxşar xəbərlər
|