Rusiya Tiflislə bağlı daha sərt tədbir görəcək - Popov
Rusiya Gürcüstanla bağlı daha sərt tədbirlər qəbul edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Avropa” İnformasiya və Toplumsal Əməkdaşlıq Platformasının sədri Eduard Popov deyib. O bildirib ki, rus turistlərin üçdə ikisi hazırda Gürcüstana fərdi şəkildə gedirsə, böyük ehtimalla yaxın zamanda bununla da bağlı məhdudiyyətlər yaranacaq: “Düşünürəm ki, Rusiya daha sərt tədbirlərə gedərək öz bazarlarını Gürcüstanın şərab, meyvə və digər bu kimi kənd təsərrüfatı məhsullarına bağlayacaq”, - deyə Popov bildirib. Qeyd edək ki, Tiflisdə baş verən qarşıdurmalardan dolayı Putin Rusiyadan Gürcüstana sərnişin təyyarələrinin uçuşunun 8 iyuldan etibarən qadağan edilməsi haqda qərar verib. Oxşar xəbərlər
|