Çavuşoğlu: “ABŞ-dan hansı sanksiya gəlirsə gəlsin, S-400-ü aldıq”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alışının müzakirəyə açıq bir məsələ olmadığını bir daha vurğulayıb.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Çavuşoğlu və Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri doktor Riçard Sezibera Xarici İşlər Nazirliyindəki ikitərəfli və heyətlər arası görüşlərdən sonra birgə mətbuat konfransı keçirib. Çavuşoğlu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın prezidenti Donald Tramp ilə G-20 sammitində Yaponiyada görüşəcəklərini müəyyənləşdirdiklərini bildirərək, ABŞ-ın Suriyadan çıxması qərarı, birgə komissiya və bu çəkilmə qərarı ilə bağlı təhlükəsizlik zonasının yaradılması və İdliblə yanaşı, bir çox məsələnin görüşdə müzakirə olunacağını deyib. Türkiyənin F-35 proqramının tərəfdaşı olduğunu və bu günə qədər 1 milyard dollardan artıq maddi dəstək verdiyini xatırladan Çavuşoğlu, ABŞ-ın atdığı addımların tərəfdaşlıq müqaviləsinə və hüquqa uyğun olmadığını vurğulayıb. Çavuşoğlu, ABŞ-ın S-400 ilə bağlı mövqeyini başa düşməkdə çətinlik çəkdiklərinin vurğulayaraq, belə danışıb: “Türkiyə Cümhuriyyəti azad və müstəqil dövlətdir. Türkiyə Cümhuriyyəti Amerika və ya hər hansı bir ölkənin “al” dediyi vaxt bir məhsulu alacaq, ya da “alma” dediyi vaxt almayacağı bir ölkə deyil artıq. Bu səbəbdən hansı sanksiya qərarı olursa olsun, Amerikadan hansı açıqlama gəlirsə gəlsin, biz S-400-ü aldıq və artıq S-400-ün Türkiyəyə nə vaxt təhvil veriləcəyi müzakirə edilir. Bununla bağlı da işlər görülür. Bizim bu prosesdən, S-400 almaqdan imtina etməyimiz mümkün deyil, çünki Türkiyənin təcili olaraq havadan müdafiə sisteminə ehtiyacı var”. Oxşar xəbərlər
|