Ruhani: Bizim rəhbər başqa ölkənin rəhbərləri kimi deyil ki...
Mьəllif: admin1
Tarix: 25-06-2019, 18:28
Bцlmə: Xəbərlər
Ruhani: Bizim rəhbər başqa ölkənin rəhbərləri kimi deyil ki...
İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneiyə qarşı sanksiya tətbiq etməsini şərh edib.

Həsən Ruhani çıxışı zamanı bildirib ki, bizə sanksiya tətbiq ediblər ki, Amerikaya səfər etməyək: "Gülməlidir, biz bunları ölkəyə buraxmırıq, bunlar da deyir ki, biz sizi ABŞ-a qoymayacağıq. Ölkənin ali liderinin əmlakına sanksiya tətbiq ediblər.

Rəhbərin əmlakı Hüseyniyyə və bir sadə evdən ibarətdir. Bizim ölkənin rəhbəri başqa ölkənin rəhbərləri kimi deyil ki, xarici bank hesablarında milyardlarla dollar pul hesabı olsun və siz də ona sanksiya tətbiq edəsiniz. Bu onu göstərir ki, bizim düşmənimiz qeyri-adi şəraitdədir. Qeyri-adi rəftar sərgiləyir".

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi ABŞ-ın İranın Ali lideri Ayətullah Seyid Əli Xameneiyə qarşı sanksiya tətbiq etməsini Tehranla Vaşinqton arasında diplomatik yolun bağlanması mənası daşıdığını açıqlayıb.

“İran lideri və ölkənin baş diplomatına qarşı səmərəsiz sanksiyalar, ABŞ hökuməti ilə diplomatiyanın birdəfəlik bağlanması deməkdir", - deyə Musəvi "Tvitter"də yazıb.
(eastnews)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031