Almaniyada Məscid meydanı açıldı
Almaniyanın Aaxen şəhərindəki "Yunus Əmrə" məscidinin qarşısındakı meydana “Məscid meydanı” (Moscheeplatz) adı verilib.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Eilendorf məhəlləsindəki 2100 kvadratmetrlik meydanın adının dəyişməsi münasibətilə keçirilən açılış mərasiminə Türkiyənin Köln şəhərindəki baş konsulu Ceyhun Erciyes ilə Aaxen bələdiyyə rəhbəri Marsel Filip iştirak edib. Erciyes çıxışında, yerli rəhbərlərin meydana bu adı verərək məscidin uyğunluğun, inteqrasiyanın, tolerantlığın, birlik və bərabərliyin gözəl bir təzahürü olduğunu göstərdiyini deyib. Aaxen bələdiyyəsinin sədri Filip də Almaniyada küçə və meydanlara yeni ad verilməsinin asan bir proses olmadığına diqqət çəkərək, buranın adının dəyişməsinə töhfə verən hər kəsə təşəkkürlərini çatdırıb. O, şəhərdə Münster və Havra meydanlarının olduğunu, bir də məscid meydanının olmasını istədiklərini söyləyərək, belə danışıb: “Bunun reallaşması üçün müəssisə və təşkilatlarla yanaşı, siyasətçilər də dəstək verdi, beləliklə meydanın adının dəyişməsini təmin etdik. Şəhərimizdə artıq bir Məscid meydanı olmasına görə bələdiyyə sədri kimi çox xoşbəxtəm”. Oxşar xəbərlər
|