Seyid Əmmar Həkim: "Ayətullah Xamenei milyonlarla insanın mənəvi lideridir"
İraq Milli Alyansının rəhbəri Seyid Əmmar Həkim, ABŞ Dövlət Departamentinin müavini ilə görüşündə Ayətullah Seyid Əli Xameneinin dünyanın hər yerində milyonlarla insanın mənəvi lideri olduğunu vurğulayıb.
Məlumata görə, ABŞ dövlət katibinin müavini David Şinker, Seyid Əmmar Həkim ilə görüşdə İraq və bölgədəki son siyasi vəziyyət haqqında fikir mübadiləsi aparıb. Əmmar Həkim görüş zamanı bildirib ki, bölgə xalqlarını sanksiyaya məruz qoymaq faydasızdır "İran İslam Respublikasının Ali lideri Ayətulllah Xameneinin sanksiya olunması bir ölkə liderinin sanksiya olunması demək deyil. Bütün dünyada milyonlarla insanın ruhani və mənəvi liderinin sanksiya olunmasıdır". (eastnews.org) Oxşar xəbərlər
|