6 yaşlı qız Qurani-Kərim hafizi oldu
Meysəm Yəhyə Muhəmməd, Birləşmiş Ərəb Əmirliklərindən olan 6 yaşlı qızdır.
"Deyerler.org"un İqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, o hələ məktəbə getmir, yazma və oxuma qabiliyyətinə malik deyil, lakin Quranı hifz edə bilmişdir. O, kiçik yaşlarda olduğu üçün ona, ən gənc Quran hafizi adı verilmişdir. “Hələ 3 yaşında ikən o, Quranı hifz etməyə başlamışdır. Daha sonra Quran üzrə institut kurslarına getmiş və Quranı tam hifz edərək, kiçik hafizə çevrilmişdir”, - deyə Meysəmin anası bildirir. “Qızım 3 yaşında ikən Quranın iki cüzünü hifz etmişdir. Daha sonra o, müsabiqədə iştirak edərək 7-ci yeri tutmuşdur”, - deyə anası əlavə etmişdir. Oxşar xəbərlər
|