İran ilə bağlı 6 Avropa ölkəsindən birgə bəyanat
İspaniya, Avstriya, Belçika, Hollandiya, İsveç və Sloveniyanın İran ilə 2015-ci idlə imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) qorunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Aİ-yə üzv olan 6 ölkənin verdiyi birgə yazılı bəyanatda, İran ilə imzalanan və BMT Təhlükəsizlik Şurasında yekdilliklə təsdiq olunan JCPOA-nın qorunmasının bölgənin sabitliyi üçün mühüm olduğu qeyd olunub Müqavilənin iqtisadi qisminin həyata keçirilməsində çətinliklərdən xəbərdar olduqları bildirilən açıqlamada, qanuni ticarəti asanlaşdıran kanalları və İran ilə maliyyə əməliyyatlarını sabitləşdirmək üçün Almaniya, Fransa, Böyük Britaniya, Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası ilə birlikdə işlədikləri vurğulanıb. İran ilə ticarət aparılmasına imkan verən İNSTEX mexanizminin qurulmasını mövcud vəziyyətdəki ən vacib təşəbbüslərdən biri kimi göstərən 6 Aİ ölkəsi, bu mövzuda İranın nüvə müqaviləsinin müddəalarına və proqnozlarına hörmətlə yanaşıb, tətbiq etməsinin çox vacib olduğunu bildirib. Oxşar xəbərlər
|