Putin bir sərəncamla Tbilisiyə 710 milyon ziyan vurdu
Mьəllif: admin1
Tarix: 2-07-2019, 13:01
Bцlmə: Xəbərlər
Putin bir sərəncamla Tbilisiyə 710 milyon ziyan vurdu
Gürcüstanda 2019-cu ildə istirahət edən rusiyalıların sayı Moskvanın qadağaları ucbatından 1 milyon nəfər azalacaq.

24News.ge Axar.az istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili deyib.

Onun sözlərinə görə, bu, ölkə iqtisadiyyatına 710 milyon dollar ziyan vuracaq:

“2018-ci ildə Gürcüstana 1,4 milyon Rusiya turisti səfər edib. Həmin dövrdə ölkənin bu turistlərdən götürdüyü gəlir 710 milyon dollar təşkil edib. 2019-cu ildə biz rus turistlərinin sayının 1,7 milyon nəfər, bu turistlərdən gələn gəlirin 886 milyon dollar təşkil edəcəyini gözləyirdik”.

O qeyd edib ki, Turizm Administrasiyasının Rusiyadan olan turist axınının azalmasına cavab olaraq yeni alternativlər axtardığını bildirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031