YPG məscidə hücum etdi; 2 ölü, 19 yaralı
Suriyanın əl-Bab bölgəsində yerləşən Ömər məscidinə YPG tərəfindən hücum təşkil olunub. Hücumun minalanmış motosikletlə günorta namazı vaxtı törədildiyi bildirilib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. YPG eyni vaxtda Qubbəsin və Bizaa qəsəbələrini də hədəfə alıb. Qubbəsində təşkil edilən hücumda 14 nəfər yaralanıb. Bizaada isə məscid yaxınlığında saxlanılmış motosikletdəki partlayıcı qurğu son anda zərərsizləşdirilib. (eastnews.org) Oxşar xəbərlər
|