Xristian fotojurnalist Ərbəin səfəridə çəktiyi fotoları sərgi ilə izah etdi (FOTO)
Bu gün Marneuli rayon mədəniyyət evində gürcü fotoqraf Natela Qriqalaşvilinin fotosərgisi keçirilib.
Ahlibeyt.ge xəbər verir ki, baş tutan sərgidə Natela Qriqalaşvili ötən il İmam Hüseynin (ə) ərbəin mərasimində Kərbəla ziyarəti zamanı gördüklərini öz foto obyektivinə alaraq təqdim edib. Jurnalist Ceyhun Narzalovun təşəbbüsü və ÜGMADİ-nin dəstəyi ilə Kərbəlaya İmam Hüseyni (ə) ziyarət edən xanım Natela, orada gördüklərini çox heyranlıqla danışır və bu gündə gördüklərini izah etdiyi zaman həyacanlandığını və ora üçün darıxdığını bildirdi: "Hər il İraqda "Ərbəin yolunu" yəni İmam Hüseyni (ə) ziyarət etmək üçün milyonlarla ziyarətçi gedir. Onların arasında bizdə olduq. Bu səfər zamanı bütün gördüklərim mənim həyatımda böyük iz buraxdı. Mən orada insanların bir-birinə olan sevgisini, Allaha və Peyğəmbər nəvəsinə olan sevgini gördüm. Orada mən insanların pulsuz ziyarıtçilərə necə xidmət etiklərini gördüm, səfərdə olanların bir-birilərinə necə yardım etdiklərini gördüm. Bunlar hamsı məni inanınki çox təsirləndirdi və bunları mən hər dəfə izah etməkdə çətinlik çəkirəm". -deyə Natela Qriqalaşvili bildirdi. Xanım bu səfərdən doymadığını qeyd edərək, növbəti dəfə Kərbalaya səfər edəcəyini və özü ilədə bir gürcü yazıçısını aparacağını bildirib. Qeyd edək ki, keçirilən sərgi, SEED Georgia təşkilatının təşkilatçılığı ilə həyata keçririlib. Oxşar xəbərlər
|