Şeyx Zəkzəkinin oğlu: “Atamın vəziyyəti həddən artıq pisdir
Mьəllif: admin1
Tarix: 8-07-2019, 21:55
Bцlmə: Xəbərlər
Şeyx Zəkzəkinin oğlu: “Atamın vəziyyəti həddən artıq pisdir
Şeyx İbrahim Zəkzəkinin qanının yeni analizləri, qanda toksik maddələrin əvvəlkindən daha çox olması haqda məlumat verilmişdir.

Londonda İslam Hüquqlarına dair komissiya informasiya portalına əsasən, Şeyx Zəkzəkinin qanında qurğuşun faizinin əvvəlkinə nisbətən 25% yuxarı olması qeyd edilir. Göstərilmiş faiz normadan 45 dəfə artıqdır.

"Deyerler.org"un İqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, bir müddət öncə Şeyx Zəkzəkinin qanında qurğuşun və kadmium kimi toksik maddələr aşkar edilmişdir. Həkimlər Şeyx Zəkzəkinin qanından analiz götürərək, kadmiumun normasını həddindən çox aşmasını bildirmişdir.

Belə bir metalla baş verən zəhərlənmə ciyərləri, həzm sistemini, sümükləri və böyrəkləri ciddi zədələmiş olur. Səbəb kimi, Şeyx Zəkzəkinin bədənində olan güllələr göstərilmişdir. Belə bir diaqnoz, üç ay əvvəl, Nigeriyada tibbi konsiliumun apardığı araşdırma nəticəsimdə qoyulmuşdur.

Çelsinin tibb mərkəzinin həkimi Suheyl Həsənin apardığı yoxlamalar, Şeyx Zəkzəkinin posttravmatik stressdən əziyyət çəkməsini göstərmişdir. Müalicənin tam surətdə aparılması üçün onun həbsdən azad edilməsi tələb olunur.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031