Amerika nəşri: "ABŞ-ın “süd verən inəyi” Britaniyanın da “süd verən inəyi” oldu"
Mьəllif: admin1
Tarix: 8-07-2019, 21:59
Bцlmə: Xəbərlər
Amerika nəşri: "ABŞ-ın “süd verən inəyi” Britaniyanın da “süd verən inəyi” oldu"
Amerikanın “Business İnsider” saytı Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hantın mühafizəkar partiyanın lideri və yeni baş nazir olması üçün Səudiyyə rejimi ilə əməkdaşlıq edən britaniyalı diplomatın köməyi ilə təbliğat apardığını yazıb.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, “Business İnsider” saytı məsələ ilə bağlı dərc etdiyi xəbərində, Britaniya rəhbərliyinin “2030 üfüqü” planındakı xüsusi nümayəndəsi Keyn Kasta, Ceremi Hantı dəstəkləmək üzrə məsul olduğunu yazıb.

Hant bundan əvvəl Səudiyyə rejiminin İstanbul Baş Konsulluğunda jurnalist yazıçı Camal Qaşıqçının qətlindən sonra Ər-Riyadı tənqid etmişdi. Hant bu yaxınlarda Səudiyyə rejimini tənqid etdiyi açıqlamasında, Qaşıqçı cinayətini inkar etməyin heç bir faydasının olmadığını vurğulamışdı.

Qəzet, həmçinin Kastanın Britaniya rəhbərliyində Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman üçün kilid şəxslərdən biri olduğunu bildirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031