Putin: "Gürcüstan xalqına hörmət əlaməti olaraq sanksiyalar lazım deyil"
Rusiya prezidenti Vladimir Putin Gürcüstan xalqına hörmət əlaməti olaraq Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi lazım bilmədiyini açıqlayıb.
Bu barədə 24News.ge TASS-a istinadən xəbər verir. Onun sözlərinə görə, ölkədə anti-Rusiya ab-havası tarixini bilməyən və yekunda elə Gürcüstana zərər verən insanlar tərəfindən yaradılır: “Gürcüstana qarşı sanksiyaları tətbiq etməyə ehtiyac yoxdur, bu da Gürcüstan millətinə olan hörmətimdən qaynaqlanır. V.Putin ona qarşı jurnalistin ifadə etdiyi ağır sözləri şərh edərək bildirib ki, “Böyük şərəf olar gürcü jurnalisti Giorgi Qabuniaya qarşı cinayət işinin açılması. Buraxın yayımına davam etsin.” Oxşar xəbərlər
|