Səudiyyə rejimi həccdə siyasi şüarların səsləndirilməsini qadağan etdi
Səudiyyə rejiminin SPA rəsmi xəbər agentliyinin məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın (MbS) rəhbərliyi altında Ciddədə Nazirlər Kabinetinin iclası keçirilib.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, iclasdan sonra verilən yazılı bəyanatda, həcc zəvvarlarının yalnız ibadətlə məşğul olmaları üçün müraciət olunub və siyasi şüarların istifadə edilməməsi barədə xəbərdarlıq edilib. “Siyasi və məzhəbi şüarlar və bu kimi davranışlar heç bir formada qəbul olunmayacaq”, - deyə bəyanatda bildirilib. Təlimatların yerinə yetirilməsi və buna zidd istənilən bir vəziyyətin baş verməməsi üçün lazım olan bütün tədbirlərin görüləcəyi qeyd olunsa da, bəyanatda bunun necə həyata keçiriləcəyi barədə məlumat verilməyib. Xatırladaq ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışlarının birində belə qeyd etmişdi: “Bəziləri “həcci siyasiləşdirməyin” şəklində sözlər səsləndirirlər. Həcci siyasiləşdirməyin nə deməkdir? Birlik təmin etmək siyasi məsələdir. Fələstin xalqı ilə İslam dünyasının zülmə məruz qalan Yəmən xalqını qoruyub müdafiə etmək siyasi vəzifədir. Məzlumları müdafiə etmək İslam təlimlərindən olduğu üçün vacibdir. Bəraəti müşrikin mərasimi də ihahi bir vacibatdır. Bütün bunlar İslam dininə aid məsələlərdir”. Oxşar xəbərlər
|