Trampın irqçi sözləri Britaniya siyasətini qarışdırdı
Mьəllif: admin1
Tarix: 16-07-2019, 22:03
Bцlmə: Xəbərlər
Trampın irqçi sözləri Britaniya siyasətini qarışdırdı
Britaniyalı siyasətçilər Demokrat qadın konqresmenlərə “Gəldiyiniz yerə qayıdın” deyən ABŞ-ın prezidenti Donald Trampa reaksiya veriblər.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson, hazırkı xarici işlər naziri Ceremi Hant və Leyboristlərin lideri Ceremi Korbin, Trampın irqçi və əcnəbi düşmənçilik ifadələrinə reaksiya veriblər.

Vəziyyəti qəbuledilməz adlandıran Conson, belə deyib: “Çoxirqli, çoxmədəniyyətli bir cəmiyyətin liderisinizsə, insanları geri göndərmək kimi bir danışıq dilini istifadə etməməlisiniz. Demək istədiyim bunun dəbi on illərlə əvvəl başa çatıb, şükürlər olsun”.

Çinli həyat yoldaşı olan Ceremi Hant da Trampın şərhini təcavüzkarlıq adlandırıb: “Yarım çinli üç uşağım var və onlar Britaniya vətəndaşlarıdır. Əgər istənilən bir kəs onlara “Çinə geri qayıdın” desəydi, tamamilə dəhşətə düşərdim”.

Trampın sözlərinin irqçi olub olmadığına isə, Hant xeyli diplomatik cavab verib: “Ən yaxın müttəfiqimiz olan bir ölkənin rəhbəri və prezident haqqında bu cür tərzdə bir danışıq dilindən istifadə etməsi vəziyyətə heç bir faydası yoxdur”.

Leyboristlərin lideri Ceremi Korbin isə, Donald Trumpın çıxışını birbaşa irqçilik kimi qiymətləndirib. Bununla da kifayətlənməyən Korbin, Conson və Hanta Breksitdən sonra ABŞ ilə mümkün ticarət müqaviləsi bağlamaq ümidi ilə Trampın “çörəyinə yağ çəkmək”də ittiham edib.

“Dörd konqresmenə evinizə qayıdın demək, irqçilikdir. Amma bizim Tori lider namizədlərimiz bunu deməyə cəsarət etmir. Sağlamlıq və sosial qayğı xidmətlərimizi riskə atacaq bir korrupsion razılaşma üçün onu təşviq etmək əvəzinə Donald Trampın əleyhinə çıxmalıyıq”, - deyə Korbin bildirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031