Ali Dini Rəhbər: “Fələstin məsələsinin nəticəsi Fələstin xalqı ilə İslam dünyasının xeyrinə olacaq”
Mьəllif: admin1
Tarix: 22-07-2019, 18:56
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “Fələstin məsələsinin nəticəsi Fələstin xalqı ilə İslam dünyasının xeyrinə olacaq”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətini qəbul edib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Tehranda səfərdə olan HƏMAS-ın yüksək səviyyəli heyəti bu görüşdə HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin məktubunu Ali Dini Rəhbərə çatdırıb.

Ali Dini Rəhbər görüşdə, Fələstin məsələsinin İslam dünyasının ilk və ən önəmli məsələsi olduğunu, Fələstin məsələsinin nəticəsinin tamamilə Fələstin xalqı ilə İslam dünyasının xeyrinə olacağını bildirib.

HƏMAS-a nümayiş etdirdiyi davranışı üçün minnətdarlığını bildirən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei deyib ki, HƏMAS Fələstinin İslam dünyası hərəkatının qəlbində olduğu kimi, Fələstin hərəkatının da qəlbindədir.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İranın Fələstin məsələsindəki mövqeyinin dəqiq və açıq olduğunu bildirərək, belə deyib: “Biz həmişə Fələstin haqqındakı fikrimizi açıq və şəffaf şəkildə bildirmişik və hətta beynəlxalq arenada bizimlə bəzi məsələlərdə fikir ayrılığı olan dost ölkələr də İran İslam Respublikasının Fələstin məsələsində çox ciddi olduğunu bilir.

İran İslam Respublikası ilə düşmənçiliyə əsas olan səbəblərdən ən birincisi Fələstin məsələsidir, ancaq bu düşmənçiliklərlə təzyiqlər, İranın Fələstinlə bağlı mövqeyindən geri addım atmasına səbəb ola bilməz.

Fələstini dəstəkləmək etiqadi və dini bir məsələdir. Əgər İslam dünyası bir bütöv halda və birlik, bərabərlik halında Fələstin məsələsi üzərində dayanmış olsaydı, indi Fələstinin vəziyyəti daha yaxşı olardı.

ABŞ-ın yolundan gedən Səudiyyə rejimi kimi, bəzi ölkələrin Fələstin məsələsindən uzaq durmaları axmaqlıqdır, çünki Fələstini dəstəkləsəydilər ABŞ qarşısında bəzi imtiyazlar əldə edə bilərdilər”.

Ali Dini Rəhbər çıxışının davamında isə bunları qeyd edib: “Seyid Həsən Nəsrullahın “İnşallah Əl-Əqsa məscidində namaz qılacağam” deyə söz deməsi bizim üçün baş verəcək bir ümiddir. Bu ümidin gerçəkləşməsi üçün ən mühüm şərtlərdən biri möhkəm duruş və müqavimət göstərməkdir”.

ABŞ-ın “Əsrin müqaviləsi” planı haqqında da danışan Ali Dini Rəhbər bunları qeyd edib: “Bu təhlükəli hiylənin məqsədi, Fələstin xalqı və gənclərin kimliyini ortadan qaldırmaqdır. Bu əsas məqsədlə mübarizə aparmaq lazımdır. Fələstin kimliyini pulla aradan götürmələrinə icazə vermək olmaz”.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei fələstinlilərin irəliləmələrini hiss etməli olduqlarını söyləyərək, belə danışıb: “İllər əvvəl Fələstin xalqı daş ataraq (işğalçı qüvvələrlə) mübarizə edirdilər. Onlar hazırda daş əvəzinə fərqli hədəfləri vura bilən raketlərə malikdir. Bu irəliləyiş hissini yaşamaq deməkdir”.

HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Saleh Əl-Aruri də görüşdə Fələstin xalqına dəstəyinə görə İrana təşəkkür edərək, İrana qarşı istənilən düşmənçilik təşəbbüsünün əslində Fələstin və müqavimətə edilmiş bir düşmənçilik təşəbbüsü sayılacağını vurğulayıb.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031