Türkiyə Gürcüstanla bu sahədə əməkdaşlığa başlayır
Türkiyə, Azərbaycan və Gürcüstan fındıq istehsalı sahəsində əməkdaşlığa başlayıblar.
24News.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Türkiyə lideri qeyd edib ki, bu sahədə əməkdaşlıq çox vacibdir: "Hər üç ölkə dünya bazarında əsas fındıq tədarükçüsü hesab olunur. Dünya bazarında fındıq ixracatının 80 faizi Türkiyə, Azərbaycan və Gürcüstanın payına düşür". R.T.Ərdoğan əlavə edib ki, bu sahədə əməkdaşlıq fındığın dünya bazarlarına tədarük həcmini artıracaq: Fındıqın keyfiyyətin artırılması və marketinq üzrə əməkdaşlığa başlamışıq. Beləliklə, dünya bazarlarında fındıqın dəyərini qorumaq üçün önümüzdəki dövrədə vacib bir addım atmış olduq. Fındıq istehsalçılarını həmişə, xüsusilə də keçən il dəstəkləmişik Çünki təssüf ki, oralarda da bu işin soyğunçuluqunu edənlər var. Amma ehtiyat tədbirlərini artıq görmüşük”. Oxşar xəbərlər
|