Sünni lider: Müsəlmanlar Fələstinə xatir birləşməlidir!
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Suriya Baş müftisi Əhməd Bədrəddin Hassun müsəlmanların anti-Fələstin “avantüralarına” qarşı birləşməli olduğunu bəyan edib.
Hassun Fələstin rəsmisi ilə görüş zamanı bildirib ki, “Fələstin məsələsi Suriya üçün prioritetdir. Bu mövqeyindən əl çəkməsi üçün Suriyaya təzyiqlər edilir”. O həmçinin müsəlman alimlərin radikalizm və islamofobiya ilə mübarizədəki rolunu da vurğulayıb. Fələstinli rəsmi isə bildirib ki, “İslam ümmətini birləşdirmək üçün, alimləri əsas məsələ, yəni Fələstin problemi üzərində çalışmalıdırlar”. Oxşar xəbərlər
|