Şeyx Zəkzakinin lideri olduğu təşkilatı "terrorçu qruplaşma" elan etdilər
Nigeriyada məhkəmələrdən biri şiə müsəlmanlarından ibarət olan "Nigeriya İslam Hərəkatı"nı terrorçu qruplaşma elan edib. Bu barədə bölgədəki hüquq müdafiəçiləri məlumat yayıblar.
Lakin "Nigeriya İslam Hərəkatı"nın vəkilləri qərara etiraz ediblər və siyasi sifarişli olduğunu diqqətə çatdırıblar. Nigeriya Prezident Administrasiyası da bəyanat yayaraq, iddia edib ki, qərar şiə müsəlmanlarına deyil, "Nigeriya İslam Hərəkatı"na yönəlib. Qeyd edək ki, paytaxt Abuja şəhərində "Nigeriya İslam Hərəkatı" lideri Şeyx İbrahim Zəkzakinin azad edilməsi tələbiylə aksiyalar bu gün də davam edib. Polisin aksiyaya sərt müdaxilə etdiyi və onlarla insanın yaralandığı bildirilir. (eastnews) Oxşar xəbərlər
|