İran rialdan dörd sıfırı silmək planını təsdiqlədi
İran hökuməti milli valyuta olan rialdan dörd sıfırı silmək planını təsdiqləyib. Bu, ölkənin yüksək inflyasiya ilə mübarizə apardığı bir dönəmdə həyata keçirilir.
Açıqlamana iyulun 31-də hökumətin iclasında hökumətin sözçüsü Əli Rabieyi verib. İndi planı parlament və Ekspertlər Şurası təsdiqləməlidir. İran valyutasının re-denominasiyası illərdi müzakirə olunurdu, çünki milli valyuta dəyərdən düşürdü. Beynəlxalq Valyuta Fondu (BVF) apreldə bildirib ki, bu il İran iqtisadiyyatının 6 faiz azalacağını, inflyasiyanın 40 faizə çatacağını gözləyir.(voa) Oxşar xəbərlər
|