Tanınmış Əhli-beyt (ə) məddahı dünyasını dəyişdi
Ahlibeyt.ge xəbər verir ki, Bu gün dünyaca tanınmış Əhli-beyt (ə) məddahı Seyid Baqiri İmam Cavadın (ə) şəhadəti münasibətilə Urmiya şəhərində keçirilən əzadarlıq məclisinə dəvət edilmişdir. Ürəyində yaranmış problemlə əlaqədər təcili xəstəxanaya çatdırılır, həkimlərin səyinə baxmayaraq Mənsuri 36 yaşında Haqqın rəhmətinə qovuşdu.
Mərhum Baqir Mənsuri 1983 –cü ildə Ərdəbil şəhərində dünyaya göz açmış, 8 yaşından Əhli-beyt (ə) məddahlığı ilə məşğul olmuşdur. O, bir çox tanınmış Əhli-beyt (ə) məddahları o cümlədən Hacı Rəhim Heydəri və Hacı Məhəmməd Baqir Təməddünidən dərs almışdır. Mərhum Məhəmməd Baqir Mənsuri bir neçə il öncə insult keçirtmişdi. Allah rəhmət etsin! İnna lillah və inna iləyhi raciun. Oxşar xəbərlər
|