Şeyx Zəkzaki ilə bağlı son qərar
Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb. Bu haqda Nigeriya İslami Hərəkat öz twitter səhifəsində məlumat yayıb. Məlumatda bildirilir: "Məhkəmə hakimi Şeyx Zəkzaki və həyat yoldaşına müalicə üçün izn verilməsinin vacibliyini vurğulayıb. Hakim bildirib ki, səhətti ağır olduğu üçün canı təhlükədədir və məhkəməyə gələ bilmir. Hakim bu səbəbdən Hindistanda müalicə almaq üçün göndərilməsinə qərar verdi." Məlumatda qeyd olunur ki, Şeyx Zəkzakinin Hindistana müalicə üçün getmə şərtlərini Nigeriya hökuməti müəyyənləşdirəcək. Qeyd edək ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Məhkəmə iki dəfə təxirə salınıb və növbəti məhkəmənin bu gün keçirilib. Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar. Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilib. Onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb. Şeyx Zakzakinin tərəfdarları qərar yerinə yetirilənədək aksiyaları davam etdirəcəklərini bildiriblər. Xatırladaq ki, Şeyx Zakzakinin azad edilməsi haqda 2016-cı ildə məhkəmə artıq qərar çıxardıb, lakin Nİgeriya hökuməti indiyədk bu qərarı icra etməyib. (Maide.az) Oxşar xəbərlər
|