Yer kürəsi maqnit firtınasına qərq ola bilər
Günəş rentgen astronomiyası laboratoriyasının mütəxəssisləri avqustun 5-i Yer kürəsində böyük maqnit fırtınasını müşahidə edib. Firtınanın bir neçə gün davam edəcəyi qeyd edilir.
"Deyerler.org"un Mk.ru-ya istinadən verdiyi xəbərə görə, mütəxəssislərin rəyinə əsasən, maqnit fırtınası avqustun 6-sı gecə saatlarında baş verməli idi. Səhər saat 9-a qədər aktivlik ehtimal olunan dərəcədən aşağı səviyyədə idi. Lakin getdikcə onun səviyyəsi artaraq G1 kateqoriyasına çatmışdı. Oxşar müşahidə iyunun 9-10 baş vermişdi. G1 səviyyəsi maqnit fırtınaları kateqoriyasında zəif hesab edilir. Mütəxəssislər bu səviyyəli maqnit fırtınanı insan üçün zərərsiz hesab edir. G2 firtına kateqoriyası orqanizmə əsasən ürəyə az təsir edir. Mayın 14-dü Yer kürəsində son illər ərzində ən böyük maqnit fırtınası müşahidə edilmişdir. Mütəxəssislər bunu G3 kateqoriyasına aid edərək, meteohəssas insanların ehtiyatlı olmasını məsləhət görmüşdür. Mütəxəssislər həmçinin geomaqnit fırtınaların radio əlaqələrdə nasazlıq törədə bilməsinə və qütb parıltısına səbəb olmasını bildirir. Mütəxəssislər yaxın zamanlarda Yer kürəsində güclü geomaqnit fırtınaların olmayacağını bildirir. Hətta zəif maqnit fırtınaları vaxtı ehtiyatın saxlamaq istəyən insanlara əqli və fiziki işlərdən, qızarmış, xəmir və digər ağır yeməklərdən maksimal dərəcədə pəhriz etmək məsləhət görülür. Oxşar xəbərlər
|