Riyakarlığa riya ilə çarə qılın!
Quran-i Kərimdə buyurulur: Onlar (namazlarında) riyakarlıq edər… Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın… Allah-Taala insanı yalnız ibadət üçün xəlq etdiyini buyurur. Çünki Onun keç kimdən və heç nədən ehtiyacı yoxdur. İbadət isə insanın öz təkamülü üçündür və Allaha heç bir faydası yoxdur. Təbii ki, yalnız həqiqi ibadət insanı inkişaf etdirə bilər. Soruşula bilər ki, ibadətin də qeyri-həqiqisi olur? Bəli, riya qatqılı ibdaət nəinki insanın məqamını yüksəltmir, hətta onu alçaldır. Rəvayətlərdə nəql olunur ki, namaz qıldığı zaman ətrafdakıların onu görməsi üçün sağa-sola baxanlar qiyamət günü ulaq kimi məhşur olar, səhnəyə gətirilər. Doğrudan da, padşahın hüzurunda dayanıb qara qullara baxan adam axmaq deyilmi?! Axmaqlıqdır bu, amma belə yarandığımızı zənn edirik. Riya, ikiüzlülük, özününümayiş Quran-i Kərimdə məzəmmət olunmuş sifətlərdəndir. Həzrət Peyğəmbər (s) bir hədisdə buyurur: “Bir əməldə zərrəcə riya olsa, Allah-Taala bu əməli qəbul etməz.” Bu hədis Allah nəzərində riyakarlığın rəzilliyini göstərir. Mərhum arif Ayətullah Behcət riya barədə deyir: İbadətdə riya olsa, bu ibadət batildir. Bəziləri riyanın ibadəti batil etdiyini deyir, başqa hallarda riyanı mümkün sayır. Amma riya özü riyaya dərman ola bilər. Məsələn, bir şəxs şəhər başçısının hörmətini qazanmaq istəyir. Bu məqsədlə onun köməkçinə yaxınlaşır, onun qəlbini ələ alır ki, bu adam başçıya vasitə olsun. Belə halda yaxşı olar ki, insan özünə desin: Sən bu köməkçinin diqqətini qazansan da son söz başçınındır və yaxşı olar ki, birbaşa başçıya yaxınlaşasan. İstənilən bir vəziyyətdə iş sahibinin diqqət və hörmətini qazanmaq üçün onun ətrafındakılara yox, şəxsən özünə yaxınlaşmaq məntiqidir. Yəni kiçik məqamlılar qarşısında riyakarlıq etməkdənsə, böyük məqamlılar qarşısında riyakarlıq edək. İnsan ağıllı olsa başa düşər ki, şəhər, ölkə başçısından da böyük məqama sahib olan varlıq mövcuddur. Nə üçün ən böyüyün qarşısında özünü göstərmək mümkün olan halda kiçiklərin qarşısında riyakarlıq edəsən?! Belə rəftar ağıl və məntiqdən uzaqdır. Əgər insan ən böyüyün qarşısında riyakarlıq etsə aşağıların qarşısında riyakarlıqdan qurtarar. Demək, ən düzgün yol aləmlərin rəbbi olan Allah qarşısında əyilmək, ona xoş sölər demək, onun qarşısında kiçilməkdir. Nə üçün qadir və mərhəmətli Allah olan zaman çarəsiz bəndələr qarşısında kiçilək?! Bir insana ulaq desələr çox narahat olar. Amma ulaq üçün padşahla qulun, güclü ilə zəifin, varlı ilə yoxsulun fərqi yoxdur. İnsan isə bu fərqlərə diqqəli olmalıdır. Əgər diqqətli deyilsə, Allahın qarşısında duranda adi adamların diqqətini cəlb etmək üçün vurnuxursa onun ağlına şübhə etməyə dəyər. Aman savadsızlıq əlindən! Bu bəla insanı haqq yoldan azdırar. İblis özü Allah-Taalaya deyir ki, müxləslərdən başqa bütün bəndələrini azdıracağam. Amma o özü də cahil idi, Allahın əmrini yerinə yetirməyi Allaha yox Adəmə səcdə sayırdı. Bəli, zahiri gözəllik bir varlığın dəyərini göstərmir. Tavus nə qədər gözəl olsa da heyvandır. Bahalı ya ucuz geyimin insanın dəyəinə heç bir təsiri yoxdur. Ağıllı olsaq İblis kimi aldanmarıq, Allahın əmrlərinə itaət edərik. Oxşar xəbərlər
|