Şeyx Zəkzaki müalicə üçün Hindistana yola düşüb
Mьəllif: admin1
Tarix: 13-08-2019, 00:21
Bцlmə: Xəbərlər
Şeyx Zəkzaki müalicə üçün Hindistana yola düşüb
Nigeriya hökuməti axır ki, ölkə şiələrinin rəhbəri Şeyx Zəkzaki və onun həyat yoldaşının Hindistana müalicə üçün getməsinə icazə verib.

Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Şeyx Zəkzaki və onun həyat yoldaşı bu gün Abuca hava limanından təhlükəsizlik qüvvələrinin nəzarəti altında Hindistana yola salınıb.

Qeyd edək ki, Nigeriya hökuməti bir neçə gün öncə Şeyx Zəkzakinin Hindistanda müalicəsi üçün ağır şərtlər irəli sürmüşdü.

Xatırladaq ki, avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.

17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Məhkəmə iki dəfə təxirə salınıb və növbəti məhkəmənin bu gün keçirilib.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilib. Onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031