Şeyx Zəkzaki Hindistandan Nigeriyaya geri qayıdıb
Nigeriya şiələrinin rəhbəri Hindistan dövlətinin təxribatçı addımları nəticəsində bu ölkədə müalicə ala bilməyib öz ölkəsinə geri qayıdıb.
Maide.Az “almanar” saytına istinadla xəbər verir ki, bəzi xəbər qaynaqları Şeyx Zəkzakinin artıq Nigeriyaya qaytıdığını bildirir. Şeyx Zəkzakinin ofisinin twitter hesabı yazıb ki, Şeyx Zəkzaki və onun həyat yoldaşı Yeni Dehli vaxtı ilə saat 22:00 -da olduğu xəstəxanadan Yeni Dehli hava limanına Nigeriyaya geri qaytımaq üçün gedib. Qeyd edək ki, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı iki gün öncə müalicə üçün Yeni Dehli şəhərinə gəlmişdi. Şeyx İbrahim Zəkzaki ötən gün Video müraciət ünvanlamış Nigeriya və Hindistan hökumətləri tərəfindən aparılmış təxribat haqında danışmış və ölkəsinə qayıtmağa üstünlük veridyini və oradan imkan olarsa digər bir ölkəyə müalicə üçün gedəcəyini açıqlamışdır. “Xəstəxana seçimimizlə bağlı Nigeriya ictimaiyyətinə və xəstəxana rəhbərliyinə fərqli şeylər deyiblər. Nigeriya iqtidarı Hindistan hökumətinə mənim terrorçu olduğumu və xəstəliyimin səbəbinin tapılmadığını söyləyib. Buradakı həkimlər testlərimi yenidən etdilər. Əslində Nigeriyada bu testlər edilmişdi və xəstəliyimin diaqnozu qoyulmuşdu. Hindistanlı həkimlər mən bura gəldikdən sonra müalicəyə görə buraya yollandığımı anladılar. Bədənimdə güllələr var. Lakin Nigeriya hökuməti yalandan bizi terrorçu olaraq xarakterizə edib. Bizimlə dünən səfirlikdən 1 nəfər də görüşdü və tələblərimizi ona dedik. Hindistan hökuməti dünən bizə 2 saat vaxt qoydu ki, ya gedək ya da qalaraq onların şərtləri altında müalicə olunaq. Lakin 24 saat keçib və heç kim bizi axtarmır. Biz ölkəmizə qayıtmaq və lazım olarsa müalicəni edə biləcək başqa ölkəyə getmək istəyirik”, - deyə Şeyx İbrahim Zəkzaki qeyd edib. Oxşar xəbərlər
|