Fransalı gənc İmam Rzanın (ə) hərəmində müsəlman oldu
Fransalı gənc İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) müqəddəs ziyarətgahında İslam dinini qəbul etmək şərafinə nail olub və özünə Əli adını seçib.
Deyerler.org xəbər verir ki, Astan News-un bildirdiyinə görə, İmam Rzanın (ə) pak hərəmində kəlimeyi şəhadət deyən fransalı yeni müsəlman gəncə Qurani-Kərim və digər bəzi kitablar hədiyyə edilib. Fransalı Əli İslam dinini seçməsi barədə danışaraq deyib ki, dünyada milyonlarla müsəlmanın müxtəlif məzhəblərdə inancına əməl edir, amma kiçik bir qrup bu mübarək dinə zərər verir və qərb ölkələri də bunu İslamla mübarizə üçün istifadə edir. Fransalı yeni müsəlman gənc, həmçinin iranlıların mədəniyyətli və açıq fikirli insanlar olduğunu söyləyərək, belə deyib: “İranlılar dinə malik olmayan insanları belə səmimiyyətlə qarşılayırlar, çünki zəngin bir mədəniyyətə və sivilizasiyaya sahibdirlər, kübar və səxavətlidirlər”. Son illərdə dünyanın bir çox ölkəsindən gələn xeyli sayda insan İrana səyahət edərək, İslam dinini qəbul edir. Oxşar xəbərlər
|