2 milyon müsəlman Hindistandan çıxarıla bilər
2 milyon müsəlman Hindistandan çıxarıla bilər
Hindistanın Assam ştatının 2 milyona yaxın sakini vətəndaşlıqdan məhrum ola bilər. Onlar, yerli hakimiyyətin tərtib etdiyi milli reyestrə daxil edilməmişdir. "Deyerler.org"un İslam.ru-ya istinadən verdiyi xəbərə görə, Banqladeşdə yaşayan müsəlman immiqrantlar deportasiya edilə bilər. Reyestrə qeyri-qanuni immiqrant omadığını sübut etmiş 31,1 milyon insan daxil edilmişdir. Reyestrə daxil edilməmiş Assam sakinləri, vətəndaşlıq hüququndan məhrum olaraq deportasiya edilə bilər. Hindisatanın DİN-i bəyanatla çıxış edərək, reyestrin sonuncu verisiyasına düşməyən insanların, vətəndaşlıq hüququnu sübüt etmək üçün məhkəməyə müraciət etməyə cəhd etməsini bildirmişdir. Oxşar xəbərlər
|